Apr 19, 2018 23:05 Asia/Baku
  • Türkiyə qərb rəhbələrinin anti-islam mövqelərini qınayıb
    Türkiyə qərb rəhbələrinin anti-islam mövqelərini qınayıb

Türkiyənin xarici işlər naziri deyib: Avropa ölkələrində islamofobiyanın artması bu qitə ölkələrinin rəhbərlərinin səriştəsiz siyasətlərinin nəticəsidir.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dünən gecə İstanbulda keçirilən müsəlman azlıqlar üzrə beynəlxalq konfransda etdiyi çıxışında qərbdə islamofobiyanın geniş vüsət almasından nigaran qaldığını bildirib və deyib: Avropanın siyasətləri səriştəsizdir və bu səriştəsizliyə görə müsəlmanların hədəfə alınması düzgün deyil. 

Türkiyənin XİN başçısı avropalıların müsəlmanlara baxışının "bəla qalxanı" olduğunu bildirərək deyib: Onlar bütün iqtisadi, ictimai və siyasi problemlərdə müsəlmanları ittiham edirlər və məscidlərə hücum edir, müsəlmanları cinayət işinə cəlb edirlər. 

Çvuşoğlu deyib: Türkiyə qərbdə müsəlmanlara qarşı ədalətsizliklər qarşısında susmayacaq.