Apr 22, 2018 16:35 Asia/Baku
  • Ərdoğan Cenevrə iclasını tənqid edib
    Ərdoğan Cenevrə iclasını tənqid edib

Türkiyə prezidenti Suriya barədə nəticəsiz Cenevrə iclasını tənqid edib.

TRT-nin internet portalının verdiyi məlumata görə, Rəcəb Təyyib Ərdoğan bir tele müsahibədə ölkələrin Astana iclasında iştirakları üçün heç bir maneənin olmadığını bildirərək deyib: Astana iclası İran, Türkiyə və Rusiyanın iştirakı ilə keçirildi və Suriya məsələsi həll edildi və nəticə əldə olundu, halbuki Cenevrə prossesi daha əlavə ölkələrin iştirakına rəğmən heç bir nəticə qazanmamışdır. 

Suriya dövləti və onun muxaliflərinin nümayəndələri indiyədək Cenevrədə 8 dəfə görüşüblər və bu müzakirələrin sonuncusu ötən il 28 noyabrda baş tutaraq nəticəsiz sona çatdı. 

Teqlər