May 25, 2018 10:22 Asia/Baku
  • Ərdoğan İsrailə qarşı iqtisadi sanksiyaların tətbiq edilməsini istədi
    Ərdoğan İsrailə qarşı iqtisadi sanksiyaların tətbiq edilməsini istədi

Türkiyə prezidenti İslam Əməkdaşlıq Təşkilatının fövqəladə İstanbul sammitində çıxarılan qərarlara əsasən İsrailə qarşı iqtisadi sanksiyaların tətbiq ediləcəyini bildirib.

Rəcəb Təyyib Ərdoğan TRT-yə verdiyi müsahibədə İslam Əməkdaşlıq Təşkilatının ötən həftə İstanbulda baş tutan fövqəladə cilasına işarə edərək, deyib: İƏT ABŞ-ın öz səfirliyini Qüdsə köçürməsi qərarını dəstəkləyən ölkələrə qarşı da sanksiyalar tətbiq edəcək. 

Türkiyə prezidenti əlavə edib: ABŞ prezidenti Donald Trampın bu ölkə səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı qərarı Qüdsün sadəcə Fələstinin paytaxtı olması gerçəkliyinə heç bir təsiri olmayacaq. 

Ərdoğan deyib: ABŞ səfirliyinin Qüdsə köçürülməsi sadəcə bu ölkənin öz etibarını itirməsinə səbəb olub. Necə ki, BMT-nin Təhlükəsizlik Şurası və və Baş Assambleyasında həyata keçirilən səsvermədə dünyanın Trampın qərarına qarşı olduğu aydınlaşıb.

Ərdoğan həmçinin, 24 iyun prezident seçkilərindən sonra nazirlər kabinetinin kiçiləcəyindən xəbər verərək, yeni prezidentlik dönəmində artıq nazirlər kabinetinin tərkibində 25 yox, 21 nazirliyin yer alacağını bildirib. 

İslam Əməkdaşlıq Təşkilatı ötən həftə ABŞ səfirliyinin Qüdsə köçürülməsinə reaksiya olaraq İstanbulda fövqəladə iclas keçirmişdi. 

Teqlər