May 27, 2018 17:21 Asia/Baku
  • Türkiyədə parlament seçkilərində rəqabət aparacaq namizədlər müəyyənləşdi

24 iyun 2018-ci il tarixində Türkiyədə keçiriləcək parlament seçkilərində rəqabət aparacaq namizədlərin siyahısı qətiləşib.

İRNA-nın məlumatına görə, Türkiyədə 27-ci parlamentin 600  yeri uğrunda mübarizə aparacaq namizədlərin siyahısı yekunlaşıb və namizədlərin adlarının qeydə alınması üçün təyin olunmuş möhlətin başa çatması ilə namizədlərin adları Ali Seçki Şurasına təqdim edilib. 

Türkiyənin Ali Seçki Şurası da 11 partiyanın o cümlədən Ədalət və İnkişaf Partiyası(AK Parti), Müstəqil Türkiyə Partiyası(BTP), Böyük Birlik Partiyası(BBP), Cümhuriyyət Xalq Partiyası(CHP), Demokrat Partiyası(DP), Xalqların Demokratik Partiyası(HDP), Yaxşı Partiya(İP), Millətçi Hərəkət Partiyası(MHP), Səadət Partiyası və Vətən Partiyasının Parlament və Prezident seçkilərində rəqabət aparacağını bildirib.

Bu məlumata görə, ölkə konstitusiyasına edilən dəyişikliklərdə Türkiyə Böyük Millət Məclisində yerlərin sayı 550-dən 600-ə artırılıb və partiyalar bütün 600 yer üçün namizəd təqdim edə bilərlər. 

Türkiyə konstitusiyasına əsasən parlamentdə ən azı 10 yer əldə edən partiya parlamentdə partiya olaraq təmsil oluna bilər.

Türkiyədə prezident və parlament seçkiləri 24 iyun 2018-ci ildə keçiriləcək. 

Teqlər