İyun 14, 2018 18:58 Asia/Baku
  • Ərdoğan S500 raketinin müştərək istehsalına çağırıb

Türkiyə prezidenti rusiyalı həmkarına S500 raket sisteminin müştərək istehsalını təklif etdiyini deyib.

Anadolunun verdiyi məlumata görə, Rəcəb Təyyib Ərdoğan NATO-nun Türkiyənin Rusiyanın S400 raketləri almasından nigarançılıq ifadə etməsinə toxunaraq deyib: Türkiyə S400 sistemini almağa qərar verəndə nigarançılıq ifadə olunur halbuki Yunanıstanın da Suriyanın da S300 raketləri var amma NATO bu sistemlərə heç etiraz etmir.

Türkiyə prezidenti deyib: Türkiyə öz təhlükəsizliyi üçün lazım olanı təmin edir. Ərdoğan deyib: Qərb dövlətləri Türkiyəyə silah satışından çəkinirlər və Ankara belə qənaətə gəlib ki, öz ehtiyacı olduğu silahları dost ölkələrlə birgə istehsal etsin.

Ərdoğan həmçinin deyib: Bu istiqamətdə Türkiyə Rusiyaya S500 raketlərinin müştərək istehsalı barətə təklif verib.

Vaşinqton Türkiyənin Rusiyadan S400 raketlərini satın alması barədə xəbərdarlıq edərək bildirmişdi ki, bu məsələ ABŞ-ın Türkiyəyə F-35 təyyarələrinin satışı razılaşmasına mənfi təsir edə bilər.

Türkiyə ABŞ-dan oxşar raket sistemi tələb etmişdi ancaq ABŞ konqresi bu silahların Türkiyəyə veilməsinə qadağa qoyub.

Teqlər