İyun 18, 2018 13:38 Asia/Baku
  • Ərdoğan Qərbin onun seçkilərdə məğlub olmasından şad olacağını iddia edib
    Ərdoğan Qərbin onun seçkilərdə məğlub olmasından şad olacağını iddia edib

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan deyir ki, Qərb onun bu ölkənin prezident seçkilərində məğlub olmasını gözləyir.

İstanbulda, seçki kampaniyasında çıxış edən Rəcəb Tayyıb Ərdoğan əlavə edib ki, Qərb 24 iyun seçkilərinin nəticələrini və onun məğlubiyyəti və süqut etməsini gözləyir, amma Türkiyə xalqı Qərbə dərs verməyə hazırdır.

Ərdoğan dünən axşam hakim Ədalət və İnkişaf Partiyasının İstanbulda keçirilən böyük seçki kampaniyasında etdiyi çıxışında sonra deyib: İyunun 24-ü Türkiyənin demokratiya bayramı olacaq, zira həmin gündə xalq öz seçimi ilə Türkiyənin gələcəyini quracaq.

O, altı gündən sonra xalqın seçki məntəqələrinə gedəcəyini bildirərək, bütün xalqı seçkilərdə iştiraka çağırıb və belə deyib: Qarşıda duran seçkilər bizi daha qüdrətli edəcəkdir.

O, əlavə edib: 24 iyun, bizim birlik günümüz olacaq, çünki biz başqaları kimi danışmırıq; biz əməl edirik və bizim gördüyümüz işlər xalqın gözü önündədir.

Ərdoğan sonra seçki kampaniyasının keçirildiyi məkanda quraşdırılmış böyük televizorlar vasitəsilə mərasim iştirakçıları üçün Ədalət və İnkişaf Partiyasının hakimiyyəti dövründə İstanbulda və bütün Türkiyədə göstərilmiş xidmətlər barədə təsvirlər yayıbdır.

O, daha sonra öz seçki rəqiblərinin, xüsusən Cümhuriyyət Xalq Partiyasının namizədi Məhərrəm İncənin sözlərini tənqid edərək, deyib: Sən bizi xalqın malını qarət etməkdə ittiham edirsən, lakin biz hakimiyyətə gələrkən Türkiyənin 23,5 milyard dollarlıq valyuta ehtiyatı var idi, lakin biz onu hazırkı 110 milyard dollara çatdırdı və bu ədəd sizin qarət iddianızla uyuşmur.

O, vurğulayıb: Siyasi qüdrəti, hökumətin dövlət işçilərinin əmək haqqılarını ödəyə bilmədiyi bir zamanda ələ aldıq, lakin indi ölkəni infilyasiyaya qurban etməyəcəyik.

Teqlər