İyun 24, 2018 13:02 Asia/Baku
  • Türkiyə seçkilərinin nəticəsi gecə yarısından öncə elan olunacaq

Türkiyənin Ali Seçki Şurasının sədri prezident və parlament seçkilərinin nəticəsinin bu gün gecə yarısından öncən elan olunacağını bildirib.

Türkiyənin TRT telekanalının verdiyi məlumata görə, Sədi Güvən deyib: Parlament və prezident seçkilərinin nəticələrinin bu gün gecə yarısından öncə elan olunacağına ümidvaram.

Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları üçün 7  iyun tarixindən etibarən xarici ölkələrdəki diplomatik nümayəndəliklərdə, sərhəd keçid məntəqələrində və təyin olunmuş digər məkanlarda səsvermə prosesinə start verilib. Bu məntəqələrdə verilən səslər Türkiyədə keçirilən seçkilərdə verilmiş səslər ilə eyni zamanda sayılmağa başlanacaq.

Türkiyədə prezident və parlament seçkilərinə bu gün səhər yerli vaxtla saat 8-də start verilib.

Teqlər