İyun 24, 2018 13:33 Asia/Baku
  • Türkiyədə seçkilər \ Xalq səsvermə məntəqələrində

Türkiyə xalqı bu gün prezident və parlament seçkilərində iştirak etmək üçün seçki məntəqələrinə axın edir.

Türkiyənin TRT telekanalının verdiyi məlumata görə, ölkənin 81 vilayətində keçirilən seçkilərdə prezidentlik uğrunda 6 namizəd rəqabət aparır. Həmçinin, Parlamentin 600 yeri uğrunda da 4200 namizəd arasında ciddi rəqabət var.

Türkiyədə səsvermək haqqına malik olanların sayı 56 milyon 322 min 632 nəfər elan edilib.

Seçkilər üçün 180 min 65 seçki qutusu təyin edilib. Yerli vaxtla saat 17-də seçkilərin başa çatması ilə səslərin sayılmasına başlanacaq.

Ölkə xaricində olan Türkiyə vətəndaşlarının sayı isə 3 milyon 49 min 65 nəfər elan olunub. Bu şəxslər 60 ölkədə Türkiyənin siyasi nümayəndəliklərinə müraciət edərək, prezident və parlament seçkilərində iştirak edə bilərlər. Xarici ölkədə yaşayan Türkiyə vətəndaşları cari iyun ayının yeddisindən başlayaraq 19-una kimi seçkilərdə iştirak etmək fürsətinə malik olublar. Amma, ölkə xaricində yaşayan Türkiyə vətəndaşlarının verdikləri səslərin sayılmasına ölkə daxilindəki seçkilərin başa çatmasından sonra başlanılacaq.

Ən son məlumata görə, ölkə xaricində yaşayan Türkiyə vətəndaşlarının təqribən yarısı yəni, bir milyon 486 min 532-si seçkilərdə iştirak edib.

Hazırkı prezident və hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Təyyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının namizədi Məhərrəm İncə, Yaxşı Partiyasının sədri Maral Akşənər, Səadət Partiyasının rəhbəri Təməl Karamollaoğlu, Vətən Partiyasının sədrii Doğu Perincək və hazırda həbsdə olan Xalqların Demokratik Partiyasının keçmiş sədri Səlahəddin Dəmirtaş Türkiyədə keçirilən prezident seçkilərində rəqabət aparan 6 namizəddir.

Türkiyə Konstitusiyasına 2016-cı ildə edilən dəyişikliyə əsasən Türkiyə parlamentinin üzvlərinin sayı 550-dən 600-ə artırılıb. Həmçinin, parlament seçkilərində iştirak üçün minimum yaş həddi 25-dən 18-ə endirilib. Bundan başqa bir şəxs eyni zamanda  həm prezident, həm də parlament seçkilərində iştirak edə bilməz.

Türkiyə Konstitusiyasına edilən son dəyişiklik əsasında bu ölkənin siyasi üsul idarəsi parlament üsul idarəsindən prezident üsul idarəsinə dəyişdirilib.

Teqlər