Avq 16, 2018 17:44 Asia/Baku
  • Çavuşoğlu: ABŞ təhdidlə Türkiyədən heç nə ala bilməz

Türkiyə xarici işlər naziri bildirib: Ankara ABŞ-ın təhdid və sanksiyalarına təslim olmayacaq

İRNA-nın məlumatına görə, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib: Ankara ABŞ-la müzakirə yolu ilə gərginliyi həll etmək ardıncadır. Lakin bu ölkə başqa yolları seçib.

Çavuşoğlu əlavə edib: Amerikalıların təkcə Türkiyə ilə deyil, avropalılarla və dünyanın bir çox ölkələri ilə münasibətləri korlanıb. Çünki ABŞ-ın hazırkı hökumətinin xarici siyasəti əsasən təhdid və təzyiq üzərində köklənib və yalnız öz mənafeyini düşünür.

Teqlər