Okt 04, 2018 15:51 Asia/Baku
  • Türkiyədə terror aktı törədilib

Türkiyə mediyaları ölkənin cənub şərqində yol kənarı bombanın partladılması nəticəsində 9 hərbçinin ölümü və yaralanmasından xəbər veriblər.

İRNA-nın verdiyi məlumata görə, bu gün səhər Türkiyənin cənub şərqində Batman vilayətində Türkiyə ordusunun zirehli texnikasının hərəkəti istiqamətində yol kənarında bir bombanın partladılması nəticəsində 7 hərbçi həlak olub, iki hərbçi yaralanıb.

Hərbi qaynaqlar partlayışın PKK yaraqlıları tərəfindən törədildiyini bildiriblər.

Türkiyənin təhlükəsizlik qüvvələri terror atkının amillərini müəyyənləşdirmək və həbs etmək üçün geniş axtarış əməliyyatına start veriblər.

 

Teqlər