Okt 12, 2018 19:09 Asia/Baku
  • Türkiyənin dövlət qüvvələri ilə toqquşmada 7 PKK-çı öldürülüb

Türkiyənin cənub-şərqində təhlükəsizlik qüvvələri ilə toqquşmada 7 PKK yaraqlısı öldürülüb.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyənin təhlükəsizlik qüvvələri Muş vilayətinin Varto məntəqəsi yaxınlığında 5 PKK yaraqlısını zərərsizləşdiriblər.

Daha iki PKK yaraqlısı isə Şırnak vilayətində təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb. Öldürülən PKK yaraqlılarından biri dəstə başçılarından olub.

Türkiyənin Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, PKK yaraqlıları havanın soyuması və dağlıq ərazilərin pilotsuz uçan aparatlar ilə nəzarət altında saxlanılmasına görə, sərhədə yaxın kəndlərdə gizləniblər.

Teqlər