Okt 17, 2018 17:29 Asia/Baku
  • Amerika: Qaşıqçı macərasını planlaşdıran və ya vasitəçi tərəf
    Amerika: Qaşıqçı macərasını planlaşdıran və ya vasitəçi tərəf

İndi Amerika Pompeonu göndərməklə, Qaşıqçı olayının Ər-Riyad ilə Ankara münasibətlərinə kölgə salmasına mane olmağa çalışır.

13 gün dəlil və sübutların saxtalaşdırılması üçün kifayət qədər böyük zamandır. Ərəbistanın İstanbuldakı Baş Konsulluğunda bəzi izlərin üzəri örtülüb. Bu, Türkiyə polisinin konsulluqda axtarış aparılmasına icazə verilməsindən bir gün və hadisənin baş verməsindən 13 gün sonra elan edilib. 

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan deyib: Polis Ərəbistan konsulluğunda ehtimal olunan zəhərli bir maddə axtarırlar. Sanki, Qaşıqçının qətlə yetirildiyi otaqda cinayətin izləri rənglə örtülüb. 

Ərdoğan qətl ilə bağlı axtarışların davam etdirilməsinə dair göstəriş versə də, hamı ABŞ dövlət katibi Mayk Pompeonun Ər-Riyaddan nə xəbər gətirəcəyini gözləyir. 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə deyir: Konsulluqda axtarışlar davam edəcək Ərəbistan indiyə kimi Qaşıqçı olayı ilə bağlı açıqlama verməyib və ABŞ dövlət katibinin Ər-Riyaddan Qaşıqçının yoxa çıxması ilə bağlı xəbər gətirməsini gözləyirik. 

Qaşıqçı olayı ilə əlaqədar Ərəbistana sanksiya tətbiq etmək niyyətində olmayan ABŞ indi öz dövlət katibi Mayk Pompeonu Ər-Riyada, Oradan da Ankaraya göndərməklə, vasitəçilik etməyə, Qaşıqçı məsələsinin Ankara ilə Ər-Riyad arasındakı əlaqələrə zərbə vurmasına mane olmağa çalışır. Türkiyə mediaları da bəlkə bir dərdə dəva oldu deyə, bu görüşlərin nəticəsini gözləyirlər. Amma, sanksi vasitəçi elə Qaşıqçı olayını planlaşdıran tərəfdir. Bunu Türkiyədə araşdırma mərkəzlərindən birinin analitiki olan Həsən Bəsir Yalçın deyir: "Salmanın ailəsi ABŞ-ın dəstəyi və Trampın razılığı olmadan belə bir işə xüsusilə, Qaşıqçı kimi bir şəxsi oğurlamağa və ya öldürməyə cürət etməz. Hər daşın altından ABŞ çıxır. Və heç şübhəsiz Qaşıqçı olayı da Trampın razılığı ilə olub."

Tramp keşiş Bransonun azad edilməsindən sonra, Ankara ilə əlaqələrin yaxşılaşdırılmasına və dövlət katibinin Türkiyəni tərk etdiyi zaman Ərəbistan vəliəhdinin boğazına keçmiş ipin bundan artıq daralmayacağına ümidvardır.