Dek 08, 2018 22:13 Asia/Baku
  • Ruhani: Türkiyə ilə əlaqələrin hərtərəfli formada inkişaf etdirilməsi İranın qəti iradəsidir
    Ruhani: Türkiyə ilə əlaqələrin hərtərəfli formada inkişaf etdirilməsi İranın qəti iradəsidir

İran prezidenti Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşdə deyib: İran Türkiyənin təhlükəsizliyi və sabitliyini öz sabitliyi və təhlükəsizliyi hesab edir. Buna görə də Türkiyədə dövlət çevrilişinə edilən cəhd zamanı Türkiyə hökumətinin mövqeyini ən ciddi və şəffaf formada dəstəklədi.

İRİB-nin verdiyi məlumata görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani şənbə günü Tehranda Türkiyə Böyük Millət Məclisinin sədri Binali Yıldırıma ilə görüşdə bu ölkə prezidenti və hökumətinin ABŞ-ın İrana qarşı qeyri-qanuni sanksiyaları ilə bağlı mövqeyini yüksək dəyərləndirib və deyib: İran Türkiyə prezidenti və hökumətinin İran İslam Respublikası ilə əlaqələrə göstərdiyi diqqət və qayğını yüksək dəyərləndirir. 

Türkiyə Böyük Millət Məclisinin sədri Binali Yıldırım da bu görüşdə Tehran-Ankara əlaqələrinin dərin tarixi və mədəni köklərə malik olduğunu deyərək, əlavə edib: Türkiyə istənilən şəraitdə İran ilə əlaqələrini qoruyacaq və ABŞ-ın İrana qarşı yersiz sanksiyalarına qarşı çıxacaq. 

B.Yıldırım həmçinin deyib: Terrorizm İran və Türkiyənin ortaq düşmənidir və birgə əməkdaşlıq yolu ilə bu nəhs fenomen ilə mübarizə aparmaq mümkündür. 

Teqlər