Dek 15, 2018 10:17 Asia/Baku
  • Vaizi: İran və Türkiyə əlaqələrinin inkişafı regiona öz töhfəsini verir
    Vaizi: İran və Türkiyə əlaqələrinin inkişafı regiona öz töhfəsini verir

İran İslam Respublikası prezident aparatının başçısı Tehran-Ankara əlaqələrinin inkişaf etməkdə olduğunu deyib və qarşılıqlı, regional və beynəlxalq səviyyələrdə münasibətlərin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

İRİB-in verdiyi məlumata görə, İran İslam Respublikası Prezident Aparatının rəhbəri Mahmud Vaizi dünən Ankarada Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan ilə görüşündə iki ölkənin strateji əməkdaşlıqlar üzrə ali şurasının 5-ci iclasının yaxın günlərdə keçiriləcəyini bildirərək deyib: İran qonşu, dost və qardaş ölkə olan Türkiyə ilə əlaqələrin bütü sahələrdə inkişaf etdirilməsinə hazırdır. 

Vaizi həmçinin Türkiyənin yüksək səviyyəli rəsmiləri ilə görüşləri və müzakirələrinə, İİR prezidenti Həsərn Ruhaninin Türkiyəyə qarşıdakı səfəri barədə əldə olunum razılıqlara toxunaraq deyib: İran müxtəlif sahələrdə o sıradan ticarət və iqtiasdiyyat sahəsində Türkiyə ilə münasibətlərin genişləndirilməsində heç bir məhdudiyyətə malik deyil. 

İİR PA-nın başçısı İran və Türkiyə prezidentləri arasındakı dostluq, onların müxtəlif iki tərəfli, regional və beynəlxalq məsələlərdə eyni mövqeyə malik olmalarını iki ölkə əməkdaşlıqlarının genişləndirilməsində önəmli amil olduğunu bildirib və deyib: Qarşılıqlı razılaşmaların icrasının sürətləndirilməsi və İran ilə Türkiyənin iqtisadi fəalları arasında əməkdaşlıqların asanlaşdırılması vacibdir. 

Görüşdə Rəcəb Təyyib Ərdoğan da İran və Türkiyə rəhbərlərinin müxtəlif sahələrdə razılaşmaların və layihələrin icrası istiqamətindəki səylərindən və iki ölkə əlaqələrinin gedişatından razı qaldığını bildirərək İİR prezidentinin Türkiyəyə gözlənilən səfəri və iki ölkənin strateji əməkdaşlıq ali şurasının 5-ci iclasının keçiriləcəyini Tehran-Ankara münasibətlərinin inkişafı və möhkəmləndirilməsi üçün əlverişli fürsət adlandırıb. 

Türkiyə prezidenti həmçinin iki ölkənin iqtisadi fəalları arasında əməkdaşlıqların gücləndirilməsi istiqamətindəki səylərin vacibliyini vurğulayıb və deyib: İran ilə əlaqələrin inkişafı Türkiyə üçün strateji əhəmiyyətə malikdir. 

Teqlər