Dek 20, 2018 19:49 Asia/Baku
  • İran-Türkiyə ali strateji əlaqələr şurasının beşinci iclasının yekun bəyanatı

İran-Türkiyə ali strateji əlaqələr şurasının beşinci iclasının yekun bəyanatında iki ölkənin prezidentləri Tehran ilə Ankara arasında otuz milyard dollarlıq ticarətin hədəfinin reallaşması üçün lazım olan hərəkətlərə təkid ediblər.

İran prezidenti Həsən Ruhani və Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğan bu birgə bəyanatda iki ölkə arasında yüksək səviyyəli nümayəndə heyətlərinin mübadiləsi, həmçinin iqtisadi və siyasi dialoqların davam etdirilməsi yolu ilə ikitərəfli əlaqələrin daha da gücləndirilməsinin önəmini vurğulayıblar.

İran və Türkiyə bu bəyanatda bildiriblər: Müştərək sərhədlərdə PKK və PJAK ünsürlərinin qanunsuz və terrorçu fəaliyyətlərinə qarşı mövcud həmkarlıqların mexanizmindən maksimum istifadə mütəşəkkil cinayətlər və terrorizmlə mübarizədə müştərək hərəkətlərlə yanaşı, hər iki ölkənin xeyrinə olacaqdır.

İran və Türkiyənin prezidentləri bu birgə bəyanatda Amerikanın birtərəfli sanksiyalarının xalqın yaşayışına, regionun sabitliyi, rifahı və həmkarlığına əsərləri və zərərlər ilə bağlı nigarançılıq ediblər.

İki ölkə Suriyada terrorizm və ekstremizm ilə mübarizənin vacibliyinə toxunaraq, Astana prosesi çərçivəsində həmkarlığın davam etməsinə ehtiyacın olmasına təkid edibdir. Son Yəmən hadisələrinin araşdırılması ilə iki tərəf İsveç danışıqlarında yəmənli qruplar arasında əldə olunmuş ilkin anlaşmanı alqışlayıbdır.

İki tərəf bu bəyanatda İraq dövlətinin terrorizmlə mübarizə və bu ölkənin bərpası sahəsindəki səyini himayə edərək, İran, Türkiyə və İraq arasında iqtisadiyyat və təhlükəsizlik sahələrində üçtərəfli həmkarlıqların yüksəldilməsinin önəminə təkid edibdir.

Türkiyə və İran həmçinin Qüdsün hüquqi və tarixi vəziyyətinin dəyişdirilməsi üzrə hər cür səyi rədd edərək, Fələstin xalqı ilə tam həmrəylikdə Qüdsi-Şərif və Fələstin amalının müdafiə edilməsi mehvərliliynə təkid ediblər.

Teqlər