Fev 12, 2019 12:20 Asia/Baku
  • Türkiyənin hərbi helikopteri süqut etdi
    Türkiyənin hərbi helikopteri süqut etdi

İstanbulda hərbi helikopterin qəzaya uğraması nəticəsində dörd hərbçi ölüb.

Türkiyənin İstanbul şəhərində hərbi helikopter qəzaya uğrayıb.

Qəza şəhərin Çəkməköy səmtində  baş verib. Qəza yerinə çox sayda təcli yardım və yanğınsöndürən maşınlar cəlb edilib.

İstanbul valisi Əli Yerlikayanın dediyinə görə, qəza nəticəsində 4 hərbçi həyatını itirib. 

Xatırladaq ki, dünən axşam saatlarında İstanbulda Türkiyə Hərbi-Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb. Helikopter yaşayış kompleksi ərazisinə düşüb.

Qeyd edilib ki, helikopter havada 34 dəqiqə qalıb və daha sonra qəzaya uğrayıb.