Fev 15, 2019 12:05 Asia/Baku
  • Türkiyə polisi: Qaşıqçının cəsədi Ərəbistanın baş konsulunun mənzilində yandırılıb

Türkiyə polisi, səudiyyəli tənqidçi jurnalist Camal Qaşıqçının qətli barədəki yeni bir hesabatda yeni faktlara işarə edib. Bu faktlar göstərir ki, ehtimal üzrə Qaşıqçının cəsədi Ərəbistanın İstanbuldakı baş konsulunun mənzilində yandırılıbdır.

Hesabatda deyilir: Ərəbistanın İstanbuldakı baş konsulunun mənzilində iki quyu və bir təndir aşkar edilib. Ehtimal olunur ki, Qaşıqçının cəsədi hissələrə bölündükdən sonra həmin təndirdə yandırılıbdır.

Türkiyə polisinin hesabatında deyilir ki, ehtimal üzrə Qaşıqçının cəsədinin yandırılmasından sonra onun DNK nümunələri məhv olubdur.