İyun 26, 2019 20:15 Asia/Baku
  • Ərdoğan: İstanbul seçkilərində xalqın mesajını aldım
    Ərdoğan: İstanbul seçkilərində xalqın mesajını aldım

Türkiyə prezidenti deyir: Son İstanbul bələdiyyə seçkilərində xalqın mesajını müşahidə etdik. Qeyd olunan seçkilərdə müxaliflərin namizədi Əkrəm İmamoğlu Türkiyə parlamentinin sabiq sədri Binalı Yıldırım üzərində təqribən 800 səs fərqi ilə qalib gəldi.

Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğan dünən bir çıxışda bir daha İstanbul meri seçilməsi münasibətilə Əkrəm İmamoğlunu təbrik edib.

Ərdoğan deyib: İstanbul əhalisinin çıxardığı qərarın bizim gözlərimiz üstündə yeri var.

O, vurğulayıb: Prezidentlik, nazirliklər və müxtəlif təşkilatlar öz layihələrini İstanbulda icra edəcəklər.

Ərdoğan deyib: Bizim siyasi baxışımızda xalqdan küsmək və ittiham vurmağa yer yoxdur.

Türkiyə prezidenti sonra deyib: Biz öz səhvlərimizi araşdıracağıq və səhvlərin və nöqsanların aradan qaldırılması yollarını arayacağıq.

O, həmçinin Türkiyənin nazirlər kabinetində dəyişikliklər ehtimalı barədə deyib: Əgər lazım gələrsə, dəyişiklikləri həyata keçirəcəyik.