Okt 16, 2019 19:40 Asia/Baku
  • Ərdoğan: Türkiyə Amerikanın sanksiyalarından nigaran deyil
    Ərdoğan: Türkiyə Amerikanın sanksiyalarından nigaran deyil

Türkiyə prezidenti Suriyanın şimalındakı əməliyyatlarının hədəfinin aydın olduğunu və Ankaranın ABŞ-ın sanksiyalarından nigaran olmadığını iddia edib.

Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Azərbaycan Respublikasından geri dönərkən Ankarada jurnalistlərə deyib: Amerikalılar Suriyadakı əməliyyatları dayandırması üçün Türkiyəyə təzyiq göstərir və sanksiyalar barədə də açıqlama verirlər, amma Ankaranın məqsədi aydındır və buna görə, sanksiyalarla bağlı heç bir nigarançılıq yoxdur.

Türkiyə prezidenti əlavə edib ki, Ankara heç vaxt atəşkəs elan edə bilməz və onun təbirincə desək, terrorçu bir qrupla danışıqlar apara bilməz.
Ərdoğan deyib: Silahlı qruplar Türkiyə sərhədindən Suriya torpaqlarının iki kilometr dərinliyə çəkilməlidirlər.

Türkiyə ordusunun Suriyanın şimalına hücumu, "terrorizmlə mübarizə" və "Suriya-Türkiyə sərhədinin Ankaranın terrorçu adlandırdığı kürdlərdən təmizlənməsi" bəhanəsi ilə çərşənbə günü, oktyabrın 9-da başladı və indi də davam etməkdədir.
Əməliyyat beynəlxalq ictimaiyyət və Suriya xalqı və hökuməti tərəfindən ciddi tənqidlərə məruz qalıb.

 

Teqlər