Yan 15, 2020 21:32 Asia/Baku
  • ABŞ-ın regiondan çıxması Türkiyə xalqının istəyidir
    ABŞ-ın regiondan çıxması Türkiyə xalqının istəyidir

Türkiyə xalqı ABŞ qüvvələrinin regiondan çıxmasını tələb edir.

Bu şüarlar bəlkə də Türkiyə xalqının bir çoxunun ürək sözüdür. Türkiyə 50 il müddətinə Şimali Atlantika Alyansı NATO çərçivəsində ABŞ-ın bazaları və hərbçilərinə ev sahibliyi edib və edir də. Bu qədim ittifaqın nəticəsi olaraq, ən azı son illərdə uğursuz çevrilişin tədarük edilməsi, təhlükəsizliyin təmin edilməsində müstəqilliyə qarşı çıxmaq, S-400 zenit raket müqaviləsi, sanksiya tətbiqilə hədələnmək və Aralıq Dənizindəki resursların istismar edilməsini əngəlləmək və onun nəticəsində mübahəsələrin yaranmasını sadalamaq olar.

R.T.Ərdoğan: " Əgər lazım gələrsə İncirlik Hava Bazası və Kürəcik Radar Bazasını bağlayacağıq. Əgər bizimlə sanksiya dili ilə danışarlarsa, biz də ona qarşılıq verəcəyik"

Keçən illərdəki hadisələr... xalq və ABŞ-ın hərbi varlığının Türkiyənin taleyinə təsirinin qiymətləndirilməsi

M.M: Görünür ki,Yaxın Şərq gələcəkdə ABŞ üçün təhlükəsiz olmayacaq. Regionu dərhal tərk eləmək onların xeyrinədir.

"General Süleymaninin terror edilməsindən sonra İraq parlamentinin ABŞ qüvvələrinin çıxarılması ilə bağlı qərarı bəlkə də region ölkələrinin ABŞ-ın hərbi mövcudiyyətinə nifrət etmələrinə stimul verəcək". Bu sözləri Türkiyənin Vətən Partiyasının baş katibi Utku Reyhan deyib.

Utku Reyhan deyib: " Qətliam, işğalçılıq, resursların talan edilməsi, hansını deməliyəm. Biz dövlətimizdən region ölkələrinin anti-ABŞ siyasətlərinə dəstək verməsini, ABŞ-ın daha çox sui-istifadə etməsinə və cinayət törətməsinə mane olmasını gözləyirik".

Türkiyədə yerləşən İncirlik bazasının gələcəkdə ABŞ üçün aktiv bir iqamətgah olacağı real görünmür. Hansı ki, daha çox fəaliyyətinin dayandırılması və bağlanması barədə çağırıların sayı artmaqdadır.