Fev 12, 2020 13:35 Asia/Baku
  • Ankara Suriyada hərbi müdaxiləsini davam etdirməkdə israrlıdır
    Ankara Suriyada hərbi müdaxiləsini davam etdirməkdə israrlıdır

Türkiyənin müdafiə naziri bir açıqlamada bu ölkənin hərbi qüvvələrinin Suriyadan çıxmayacağını söyləyib.

Türkiyənin "TRT" xəbər portalının məlumatına görə, Hulusi Akar fevralın 11-də Şimali Atlantika Alyansı NATO-nun müdafiə nazirlərinin iclasında iştirak etmək məqsədilə Brüsselə yola düşməzdən əvvəl bir açıqlamada deyib: "Türkiyə hərbçilərinə Suriyanın bu ölkə bazalarına qarşı hücumlarına lazımlı cavab verməsi barədə əmr verilib".

Türkiyənin müdafiə naziri həmçinin, bu ölkə hərbçilərinin Suriyanın İdlib bölgəsindən çıxmayacağını xatırladıb.

Son vaxtlar Hulusi Akar təhdid etmişdi ki, əgər Suriya ordusu fevralın sonunadək Türkiyənin müşahidə postları yaxınlığından geri çəkilməsə, Ankara Suriyanın şimalında başqa bir hərbi əməliyyatı təxirə salmayacaqdır.

Bu sözlər elə bir halda irəli sürülür ki, Türkiyə ordusunun İdlib bölgəsinə qeyri-qanuni keçməsindən sonra, Suriya ordusu son günlər onların mövqelərini artilleriya atəşinə tutubdur.

Türkiyə rəsmi Dəməşqin icazəsi olmadan, terrorizmlə mübarizə bəhanəsilə Suriya torpaqlarının bir hissəsini işğal edib, bu məsələ və Dəməşqin İdlib şəhərini terrorçuların işğalından azad etməsinə qərarlı olması iki qonşu ölkə arasında gərginliyin artmasına gətirib çıxarıb.

 

Teqlər