Fev 24, 2020 08:13 Asia/Baku
  • Türkiyənin şərqində baş vermiş zəlzələdə ölənlərin sayı 50-yə yüksəlib
    Türkiyənin şərqində baş vermiş zəlzələdə ölənlərin sayı 50-yə yüksəlib

Türkiyənin şərqində Van bölgəsində baş vermiş zəlzələdə ölənlərin sayı 50-yə yüksəlib. Bunu Türkiyə Səhiyyə Nazirliyinin rəhbəri Fahrettin Qoca deyib.

Daha əvvəl İran və Türkiyə arasındakı sərhəd bölgədə 5.7 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri İranın Təbriz şəhərindən 141 kilometr qərbdə və Türkiyənin Özalp şəhərindən 71 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 5 kilometr dərinlikdə olub.

İranda Qərbi Azərbaycan bölgəsində ikinci dəfə baş verən zəlzələ nəticəsində 85 nəfərin yaralandığı bildirilir.