Mart 16, 2020 19:12 Asia/Baku
  • Türkiyə məscidlərində camaat namazı dayandırılıb
    Türkiyə məscidlərində camaat namazı dayandırılıb

Koronavirus pandemiyası ilə bağlı nigarançılığa görə, Türkiyə məscidlərində camaat namazının qılınması dayandırılıb.

Türkiyənin dini məsələlər üzrə məsul bir şəxsi bildirib ki, bu ölkə məscidlərdə camaat namazının qılınmasını dayandırır.

Türkiyənin səhiyyə nazirinin sözlərinə görə, bu ölkədə həmin xəstəliyə yoluxanların ümumi sayı 18 nəfərə çatıb.

Fəxrəddin Koca öz tvitter səhifəsində koronaviruslu xəstələrə daha on iki nəfərin əlavə olunduğunu bildirib. Qeyd edib ki, bütövlükdə bu günədək Türkiyədə on səkkiz nəfər bu virusa yoluxub.

İndiyədək 150-dən çox ölkənin vətəndaşları COVID-19-a mübtəla olublar.

TÜRKİYƏ MƏSCİDLƏRİNDƏ CAMAAT NAMAZI DAYANDIRILIB

Teqlər