Türkiyə hava yolları uçuşlarını məhdudlaşdırıb
Türkiyə hava yolları şirkəti koronavirus pandemiyasına görə, öz reyslərinə məhdudiyyət tətbiq etdiyini bildirib.
Türkiyə hava yolları şirkəti- "Turkish Air" bildirib ki, martın 27-dən etibarən, dünyanın təkcə beş şəhərinə uçuşlar həyata keçirəcək.
"Turkish Air"in bildirişinə görə, bundan öncə dünyanın 65 nöqtəsinə uçuşlar həyata keçirən bu şirkət martın 27-dən etibarən, yalnız Nyu-York, Vaşinqton, Əddis-Əbəbə, Moskva və Honq-Konqa reyslər təşkil edəcəkdir.
Digər tərəfdən, Türkiyədə yaşı 65-dən yuxarı olan şəxslər evdən çıxış qadağası qanunu pozarlarsa, cərimə ediləcəklər.
Bu hərəkət üçün nəzərdə tutulan cərimə, təqribən 500 dollara bərabər olan 3150 türk lirəsi olacaqdır.
Türkiyədə COVID-19-a yoluxanların son sayı, 947 nəfər elan olunubdur.
Daha on iki nəfərin ölümü ilə, Türkiyədə koronavirusdan ölənlərin sayı 21 nəfərə çatıbdır.
"TURKISH AIR" YALNIZ 5 ÖLKƏYƏ UÇUŞ KEÇİRƏCƏK