Mart 31, 2020 13:10 Asia/Baku
  • Türkiyə sudan suriyalı mülkilərə qarşı silah kimi istifadə edir
    Türkiyə sudan suriyalı mülkilərə qarşı silah kimi istifadə edir

Suriyanın BMT-dəki daimi nümayəndəsi deyib ki, Ankara və onun tabeliyində olan qruplar suyu Suriyanın Həsəkə şəhərində sivillərə qarşı hərbi silah yerinə işlədirlər.

Bəşşar Əlcəfəri BMT Təhlükəsizlik Şurasının Suriya barədə video-konfrans formasında keçirilən iclasında həmçinin qeyd edib ki, Türkiyə ordusu, yaradılmasında məqsədin, terrorçuların hərəkətlərinə nəzarət olan Suriyanın şimalındakı öz gözətçi mərkəzlərini terrorçu qruplara dəstək istiqamətində əməliyyat otaqlarına çeviribdir.

Əlcəfəri Suriya ordusunun və müttəfiqlərinin bu ölkənin İdlib vilayətindəki hərbi əməliyyatlarına da işarə edib. Deyib ki, İdlibdə hərbi əməliyyat terror qruplarını bu bölgədən çıxarmaq və təhlükələri mülkilərdən uzaqlaşdırmaq məqsədilə keçirilibdir.

Suriya ordusunun və müttəfiqlərinin terror qruplarının Suriyadakı sonuncu bazası sayılan İdlib vilayətində keçirdikləri əməliyyat, Türkiyənin və onun qərbli müttəfiqlərinin mənfi reaksiyaları və ardıcıl təhdidləri ilə üzləşibdir.

ANKARA SURİYADA SU-DAN SİLAH KİMİ İSTİFADƏ EDİR