Apr 05, 2020 07:05 Asia/Baku
  • Türkiyə daha 76 nəfərin koronavirus nəticəsində öldüyünü etiraf edib
    Türkiyə daha 76 nəfərin koronavirus nəticəsində öldüyünü etiraf edib

Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca dünən gecə bildirib ki, ötən bir sutka ərzində bu ölkədə 3013 nəfər koronavirusa yoluxub, 76 nəfər də vəfat edibdir.

Bu əsasda, Türkiyədə koronavirusa qəti yoluxanların ümumi sayı 23943, bu virusdan ölənlərin sayı isə 501 nəfərə çatıbdır.

Türkiyə səhiyyə nazirinin sözlərinə görə, indiyədək Türkiyədə 786 koronaviruslu xəstə sağalıb, onlardan 1311 nəfərin vəziyyəti ağırdır.

Eyni zamanda, Türkiyənin xarici işlər nazirliyi də bildiribdir ki, bu ölkə xaricində yaşayan 156 Türkiyə vətəndaşı da COVID-19-a yoluxma nəticəsində həyatını itiribdir.

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan bundan öncə bildirmişdi ki, bu ölkə şənbə günündən etibarən, yeni tədbirlər görəcək, o sıradan Türkiyənin 30 iri şəhərində avtomobillərin giriş və çıxışlarına qadağa tətbiq edəcəkdir.

TÜRKİYƏDƏ YENİ COVID-19 TƏLƏFATI: 76 NƏFƏR