Apr 07, 2020 09:04 Asia/Baku
  • Türkiyədə koronavirusa yoluxanların sayı 30 min nəfəri keçib

Türkiyənin səhiyyə nazirliyi bildirib ki, bu ölkədə koronavirusa yoluxanların sayı 30 min 217 nəfərə çatıb.

Türkiyənin səhiyyə nazirliyi dünən bu ölkədə koronavirusdan ölənlərin sayını da 649 nəfər elan edibdir ki, bu da bazargünkü rəqəmdən 75 nəfər çoxdur.

Türkiyədə koronavirus pandemiyasının sürəti son günlər şiddətlənibdir.

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan cümə günü gecə bu ölkədə koronavirusla mübarizə üçün 20 yaşından aşağı şəxslərin evdən çıxmalarını qadağan etdi.

65 yaşından yuxarı şəxslər və ağır xəstələr də bundan öncə Türkiyədə icbari karantinə şamil edilmişdilər.

TÜRKİYƏDƏ COVID-19-A 30217 NƏFƏR YOLUXUB