May 14, 2017 15:20 Asia/Baku
  • İran sərbəst güləşçiləri Asiya Çempionatında vaxtından əvvəl qalib oldular
    İran sərbəst güləşçiləri Asiya Çempionatında vaxtından əvvəl qalib oldular

İranın sərbəst güləş üzrə yığma komandası 2-ci 4 çəkidə final və sıralama görüşlərindən öncə Hindistanda keçirilən 30-cu Asiya Çempionatının vaxtından əvvəl çempionu olub.

İRNA-nın məlumatına görə, sərbəst güləş üzrə Asiya Çempionatının 2-ci 4 çəkisinin ilk yarışları keçirildikdən sonra 61 kq çəki dərəcəsində Behnam Ehsanpur, 86 kq çəki dərəcəsində Əlirza Kərimi və 125 kq çəki dərəcəsində Yədulla Mühibbi finala vəsiqə qazanaraq rəqibləri ilə mübarizə aparmaq üçün döşək üzərinə çıxacaqlar. 

97 kq çəki dərəcəsində Hüseyn Şəhbazinin gümüş medal qazanması və Rza Ətri, Meysəm Nəsiri və Bəhmən Teymurinin 3 bürünc qazanmasını, eləcə də ilk gündə 33 xal toplaması, 2-ci gündə İran güləşçilərinin minimum 33 xal qazanmasının dəqiqləşməsini nəzərə alaraq İranın sərbəst güləş üzrə yığma komandası bu çempionatın qalibi olub. 

Sərbəst güləş üzrə Asiya Çempionatı 23 ölkədən 112 güləşçinin iştirakı ilə Hindistan paytaxtı Yeni Dehlidə İndra Qandi idman kompleksində keçirilməkdədir. 

Teqlər