May 21, 2018 10:37 Asia/Baku
  • Əmir Abdullahiyan: İraq seçkilərinin nəticəsi işğalçılığa
    Əmir Abdullahiyan: İraq seçkilərinin nəticəsi işğalçılığa "yox" idi

İran İslam Şurası Məclisinin sədr köməkçisi İraq seçkilərinin nəticəsini bu ölkə xalqının müstəqillik, təhlükəsizlik və ərazi bütövlüyünə dəstək, işğalçılığa isə "yox" adlandırıb.

İSNA xəbər agentliyinin verdiyi məlumata görə, Hüseyn Əmir Abdullahiyan bazar günü öz şəxsi Tvitter hesabında yazıb: İraq ABŞ və terrorçuların tərəfdarları üçün qalıcı yer deyil. 

Əmir Abdullahiyan İraqın regionda mühüm mövqeyə malik olduğunu vurğulayıb və yazıb: İraq rəsmiləri və xalqı abad, azad və müstəqil bir İraqın güclü dayaqları olaraq İranın strateji müttəfiqi olaraq qalacaqlar. 

İraqda keçirilən 12 may parlament seçkilərində seçici iştirakı təqribən 44% olub. 

İraqın Mərkəzi Seçki Komissiyasının bildirdiyinə görə, seçkilərdə Sədr hərəkatının başçısı Müqtəda Sədrin başçılıq etdiyi Sairun koalisiyası 54 yer ilə Parlamentdə ən çox yer əldə etməyi bacarıb. Hadi Amirinin başçılıq etdiyi Əl-Fəth koalisiyası isə 47 yer ilə ikinci olub. Baş nazir Heydər Əl-İbadinin başçılıq etdiyi Nəsr koalisiyası da 42 yer ilə üçüncüdür. 

Teqlər