-
Quterreş Qəzzədəki xəstəxanaya edilən hücumla bağlı narahatlığını bildirib.
Apr 15, 2025 10:47İsrail ordusunun bazar günü Qəzzə zolağında "Əl-Əhli Əl-Ərəbi" xəstəxanasına hücumundan sonra, BMT baş katibinin sözçüsü Antonio Quterreşin dərin narahatlığını bildirib. hücum indiyədək geniş qlobal qınaqla qarşılanıb, lakin bu hücumdan sonra İsrail ordusu bu cinayətə haqq qazandırmaq üçün xəstəxanadan hərbi məqsədlər üçün istifadə edildiyini iddia edir.
-
Vitkof: İranla ilkin danışıqlar ümidverici idi.
Apr 15, 2025 09:22Trampın Əraqçi ilə danışıqlar üzrə nümayəndəsi: İran tərəfi ilə keçirdiyimiz ilk görüş ümumilikdə müsbət və ümidverici keçdi. Hazırda bu məsələ üzərində düşünürük ki, vəziyyəti dialoq və diplomatik vasitələrlə həll etmək mümkündürmü. İranla razılaşma üçün əsas şərt, nüvə proqramının şəffaflığı və yoxlanmasıdır.
-
Tramp: İranla danışıqlar yaxşı irəliləyir
Apr 13, 2025 13:06Amerika prezidenti bu ölkənin Omanda İranla keçirilən dolayı danışıqlarına reaksiya verib. Deyib ki, bu danışıqlar düzgün istiqamətdə irəliləyir.
-
BƏƏ və Oman Xarici İşlər Nazirləri İran və ABŞ arasındakı son danışıqları müzakirə etdilər
Apr 13, 2025 10:20BƏƏ-nin Xarici İşlər naziri Şeyx Abdullah bin Zayed Ali-Nəhyan, Omanlı həmkarı Bədir bin Həməd əl-Busəidiylə telefon əlaqəsi saxlayaraq,İran İslam Respublikası ilə ABŞ arasındakı aparılmış danışıqları müzakirə edib. Bu telefon danışığı zamanı BƏƏ-nin Xarici İşlər naziri, Oman tərəfindən göstərilən konstruktiv vasitəçilik səylərini yüksək qiymətləndirərək, bunun regional sabitliyi artırmağa və etimadı gücləndirməyə yönəldiyini vurğulayıb.
-
Nyu-Yorkda kiçik mühərrikli təyyarə qəzaya uğrayıb, ən azı 1 nəfər ölüb
Apr 13, 2025 09:02Mitsubishi MU-2B tipli, 6 sərnişin daşıyan bir təyyarənin Nyu-Yorkun Kopake şəhəri yaxınlığında – Albany şəhərindən təxminən 50 mil cənubda – qəzaya uğraması nəticəsində ən azı 1 nəfər həlak olub. Təyyarə Columbia County hava limanına doğru uçarkən, günorta saat 12:15 radələrində qəzaya uğrayıb. Yerli rəsmilər hava şəraitinin və güclü qarın yardım qruplarının hadisə yerinə çatmasını çətinləşdirdiyini bildiriblər.
-
Nyu-Yorkda kütləvi etiraz aksiyaları keçirilib
Apr 13, 2025 08:17Nyu-York xalqı, Sionist rejimin Fələstin xalqına qarşı törədiyi vəhşilik və soyqırımlara etiraz aksiyası keçiriblər.
-
Ağ Ev: İranla danışıqlar çox müsbət və konstruktiv idi
Apr 13, 2025 08:00Ağ Ev bir bəyanatda bildirib ki, Seyid Abbas İraqçı və Stiv Uitkoffun həmsədrlikləri altında Maskatda İranla keçirilən son danışıqlar çox müsbət və konstruktiv olub.
-
Çin ABŞ mallarına cavab rüsumlarını 125 faizə qaldırdı
Apr 12, 2025 13:34Çin ABŞ prezidenti Donald Trampın yeni qərarına cavab olaraq, ABŞ-dan idxal olunan mallara rüsumları 125 faizə qaldırıb.
-
BMT: Oman danışıqlarının nəticəsinin müsbət olacağına ümid edirik
Apr 12, 2025 09:18BMT-nin sözçüsü Stefan Düjarrik Omanda İran və ABŞ arasında keçiriləcək dolayı danışıqlar ərəfəsində bu danışıqların uğurlu olacağına ümid etdiyini bildirib.
-
Aİ missiyası Ermənistan-Azərbaycan sərhədində gecə patrullarını artırıb
Apr 11, 2025 09:10Avropa İttifaqının Ermənistandakı mülki monitorinq missiyası gecə saatlarında təhlükəsizliyi yaxşılaşdırmaq və potensial gərginliyi azaltmaq adı altında mart ayından etibarən Ermənistan-Azərbaycan sərhədində gecə patrullarının sayını artırıb.