-
Qəzzədə 1 gündə 5 jurnalist şəhid oldu
May 18, 2025 11:08Fələstin mənbələri bildirir ki, ötən gecədən bu günə qədər İsrailin Qəzzəyə etdiyi hava hücumlarında 5 fələstinli jurnalist şəhid olub. Şəhid olan jurnalistlərin adları bunlardır: Əbdürrəhman Əl-Əbadilə, Əziz Əl-Həccar, Əhməd Əz-Zeynəti, Xalid Əbu Seyf və Nur Qəndil.
-
Yəmən işğal olunmuş Fələstin ərazilərinə raket zərbəsi endirib
May 18, 2025 09:51Yəmən Silahlı Qüvvələrinin raket hücumundan sonra İsrailin işğal etdiyi Fələstin ərazilərində sirenlərin işə düşdüyünü bildiriblər.
-
Zəkəriyya Sinvar şəhid oldu
May 18, 2025 09:47Doktor Zəkəriyya Sinvar – Qəzzədə yerləşən İslam Universitetinin yeni və müasir tarix müəllimi – ötən gecə İsrailin hava hücumları nəticəsində şəhid olub. Hücum Nəsirat düşərgəsindəki fələstinli qaçqınların çadırlarına edilib. Şəhid Zəkəriyya Sinvar, Fələstinin İslam Müqavimət Hərəkatı (HƏMAS) siyasi bürosunun rəhbəri Yəhya Sinvarın qardaşı idi.
-
İran və Azərbaycan Ordusunun birgə hərbi təlimi “Araz-2025” Qarabağda keçiriləcək
May 18, 2025 09:23SEPAH Quru Qoşunlarının xüsusi təyinatlıları ilə Azərbaycan Respublikası Ordusunun xüsusi təyinatlıları “Araz birgə təlimi” adlı hərbi təlimlərə başlayıblar. Təlimlər Azərbaycan Respublikasının işğaldan azad edilmiş Qarabağ bölgəsində keçirilir.
-
HƏMAS: Xan Yunisdə qaçqınların çadırlarının bombalanması vəhşi cinayət və faşizmini təcəssümüdür
May 18, 2025 09:12Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS bir bəyanatda vurğulayıb ki, didərgin düşmüş insanların çadırlarının hədəf alınaraq, içəridəki günahsız mülki insanlarla birlikdə yandırılması, hərbi cinayətkar Benyamin Netanyahu hökumətinin faşizmini təcəssüm etdirən yeni və vəhşi cinayətdir və humanitar qanunların və insani normaların açıq şəkildə pozulmasıdır”.
-
Əfqanıstanın Xarici İşlər Naziri Əraqçi ilə görüşdü
May 18, 2025 08:50Əmirxan Müttəqi, Əfqanıstanın Xarici İşlər Naziri, Tehrana səfəri zamanı İran İslam Respublikasının Xarici İşlər Naziri Seyyid Abbas Əraqçi ilə görüşüb.
-
İran sionist rejimin Yəmən limanlarına hücumlarını pisləyib
May 18, 2025 08:44İran Xarici İşlər Nazirliyinin sözçüsü sionist rejimin Yəmən limanlarına hücumunu şiddətlə qınayıb və bunu rejimin müharibəni qızışdıran və cinayətkar mahiyyətinin göstəricisi və bölgədəki müsəlman xalqlara qarşı sonsuz cinayətlərinin yeni dalğası kimi dəyərləndirib
-
İranlı və xarici rəsmilərin Tehran Dialoq Forumunda iştirakı
May 18, 2025 08:37Kəmal Xərrazi, Xarici Əlaqələr Strateji Şurasının sədri, Bədr əl-Busəidi, Oman xarici işlər naziri, Sirajuddin Mehrrəddin, Tacikistan xarici işlər naziri, Müttəqi, Əfqanıstan Xarici İşlər Naziri, Adil Əbdülməhdi, keçmiş İraq baş naziri, Armen Qriqoryan, Ermənistan Təhlükəsizlik Şurasının katibi, Hikmət Hacıyev, Azərbaycan Prezidentinin köməkçisi bu forumda iştirak edirlər.
-
Trampın Fars Körfəzinə səs-küylü səfərinin əsas nəticəsi: ABŞ silahı ilə alver
May 18, 2025 08:34Trampın ərəb ölkələrinin dövlət inkişaf fondundan bir trilyon dollar götürməsini bir kənara qoysaq, əsas sual budur: ABŞ prezidentinin Fars Körfəzinin cənubuna səfəri, Yaxın Şərq xalqları üçün nə faydası var?
-
HƏMAS: İsrail rejimi danışıqlarda ciddi deyil
May 18, 2025 08:26Fələstin İslam Müqavimət Hərəkatının (HƏMAS) yüksək səviyyəli rəsmisi Tahir Əl-Nunu verdiyi açıqlamada bildirib ki, Qətərin paytaxtı Dohada aparılan dolayı danışıqlarda İsrail rejiminin ciddi və konstruktiv yanaşması müşahidə olunmur.