Apr 14, 2020 17:58 Asia/Baku
  • Amerika sanksiya aludəçiliyini tərk etmək fürsətini itirdi
    Amerika sanksiya aludəçiliyini tərk etmək fürsətini itirdi

İran İslam Respublikasının xarici işlər naziri dünən gecə tvitter-də yazıb: Koronavirus sanksiyalara aludəçiliyi tərk etməkdən ötrü Amerika üçün bir fürsət idi, amma Vaşinqton onu itirdi.

Məhəmməd Cavad Zərif sonra yazıb: İran Birləşmiş Ştatların sanksiyalarına rəğmən, öz insani və elmi mənbələri və xarici dostlarının lütfkarlığı ilə koronavirusla mübarizədə diqqətəlayiq irəliləyişə malik olubdur.

Zərif sonra belə qeyd edib: COVID-19 xəstəliyi sanksiyalara aludəçiliyi tərk etməkdən ötrü Amerika üçün bir fürsət idi; onun yerinə, Amerika İran xalqının zehnində bədnam kimi qalacaqdır.

Son həftələr dünya ölkələrində və İranda koronavirusun yayılmasından sonra beynəlxalq rəsmilər və bir sıra ölkələr, o cümlədən Türkiyə, Rusiya, Pakistan və Çin, ABŞ-ın İrana qarşı birtərəfli və qanunsuz sanksiyalarının ləğv edilməsini istədilər.Bununla belə, Ağ Ev rəsmiləri İran əleyhinə olan maksimum təzyiq siyasəti çərçivəsində öz sanksiya rəftarlarının davam etdirilməsinə israr edirlər.

 

Teqlər