İyul 11, 2015 18:56 Asia/Baku
  • İranın cənub-şərqində terror əməliyyatı zərərsizləşdirilib
    İranın cənub-şərqində terror əməliyyatı zərərsizləşdirilib

İran İslam Respublikasının Hüquq-Mühafizə Qüvvələrinin sərhəd komandanı deyib ki, İranın cənub-şərq sərhədlərində bir terror qrupunun məhv edilməsi ilə İranın bir neçə şəhərində böyük terror əməliyyatının keçirilməsinin qarşısı alınıb.

İran İslam Respublikasının Hüquq-Mühafizə Qüvvələrinin sərhəd komandanı general-mayor Qasem Rezayi bu gün Zahidanda keçirdiyi mətbuat konfransında deyib: İranın sərhəd qüvvələri dünən cümə günü bir terror qrupunun Pakistan sərhədindən İran torpağına girmək niyyətindən xəbərdar olandan sonra Mircave məntəqəsində bu qrupla toqquşdu. Bu toqquşmada bir qrup terrorçu məhv və üç terrorçu da həbs edildi.
Rezayi bildirib ki, bu terror qrupunun üzvləri casusluq təşkilatlarında peşəkar təlimlər alıblar. Onlar kamil təchizat və müxtəlif silah və partlayıcı maddə ilə İran şəhərlərində, o sıradan Zahidan, Kerman və Bəm şəhərlərində terror əməliyyatları həyata keçirmək üçün göndərilibmişlər.
İran İslam Respublikasının Hüquq-Mühafizə Qüvvələrinin sərhəd komandanı həmçinin bu əməliyyatda İran sərhədçilərindən birinin şəhid olmasından xəbər verərək, deyib: İranın təhlükəsizliyinə, eləcə də qonşu ölkələrdəki əmin-amansızlıqlara görə, dünyanın zalım qüvvələri İranda dincliyi aradan götürmək ardınca olub və bu məqsədlə bu fitnəni istiqamətləndiriblər.

Teqlər