Moqerini: BMT, AB və İran bir-birilərinə inanırlar
İyul 28, 2015 09:29 Asia/Baku
-
Moqerini: BMT, AB və İran bir-birilərinə inanırlar
Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi deyib ki, BMT, AB və İran arasında etimad mövcuddur.
IRIB-nin məlumatına görə, Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini bazar ertəsi günü Ərriyadda Ərəbistanın xarici işlər naziri Adil Əlcubəyr ilə birgə mətbuat konfransında deyib ki, BMT, AB və İran arasında lazımi etimad mövcuddur və dünya ictimaiyyəti və Avropa Birliyi İranda investisiyanı artırmaq və Tehranla münasibətləri genişləndirmək niyyətindədirlər.Moqerini vurğulayıb ki, Vyana nüvə razılaşmasının regional və beynəlxalq böhranların həllində əsaslı təsiri var və İranın dünya ictimaiyyəti və qonşuları ilə münasibətlərini genişləndirmək yolunu açır.
Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi iddia edib ki, Vyana nüvə razılaşması İranın nüvə silahı əldə etməsinin qarşısını alacaq.
Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi həmçinin Yaxın Şərq olaylarına toxunaraq, bildirib ki, etnik və məzhəbi ixtilaflar region üçün təhlükəlidir və region ölkələri və dünya ictimaiyyəti keçmişdəkindən daha çox etnik və məzhəbi toqquşmaların aradan qaldırılması və terrorizmlə mübarizə sahəsində səy göstərməlidirlər.
Moqerini əlavə edib ki, Avropa Birliyi mövcud problemlərə rəğmən, regionda asayişin yaradılmasına, Qüds, Qəzzə və Ramullahda mövcud olan problemlərin aradan qaldırılması və müstəqil Fələstin ölkəsinin yaradılması sahəsində addım atacaq.
Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Suriyada sülhün bərqərarı vacibliyini də vurğulayaraq, deyib ki, bu ölkədə sabitliyin yaradılması regionda sülhün qurulmasında mühüm rol oynayır.