İyul 30, 2015 12:58 Asia/Baku
  • ABŞ rəsmilərinin İran barədəki açıqlamaları; İranofobiya siyasəti davam edir - Təhlil
    ABŞ rəsmilərinin İran barədəki açıqlamaları; İranofobiya siyasəti davam edir - Təhlil

ABŞ ordusunun müştərək qərargahının rəisi general Martin Dempsi deyib: Nüvə anlaşması İranın atom silahını əldə etməsinə mane olacaq. Lakin İran haqdakı digər nigaranlıqlara təsir göstərməyəcək.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, çərşənbə günü Amerika Senatının Silahlı Qüvvələr komitəsində çıxış edən general Martin Dempsi bu açıqlamasında iddia edib ki, bu nigaranlıqlar ballistik raketdən tutmuş, silah qaçaqçılığı, əvəzedici muzdlulardan istifadə, dəniz minalarından istifadə, sualtı fəaliyyətlər, kibernetika sahəsində nəhs fəaliyyətə qədər bir sıra fəaliyyətlərə şamil olur.
ABŞ müdafiə naziri Eşton Karter də bu iclasda deyib: Bu ehtimal vardır ki, nüvə anlaşması irəliləsin. Lakin uğurla icra olunmasın.
Karter əlavə edib: Elə buna görə, Obama bizə göstəriş verib ki, hərbi seçimi qoruyaq.
İran və Altılıq arasında 14 iyul müzakirələri çərçivəsində əldə olunan nəticələr və ona əsasən Müştərək Təşəbbüs Proqramı sənədinin BMT Təhlükəsizlik Şurasında qətnamə olaraq təsdiqlənməsinə baxmayaraq, Amerikan İran əleyhiinə yanlış iddiaları və düşmənçilik rəftarları davam edir.
Eşton Karter və general Dempsinin açıqlamaları həmin məqsədi açıq şəkildə göstərir. Belə ki, Amerika hələ də İran əleyhinə saxta iddialar və qara piar kampaniyasını davam etdirməkdədir. Bu vəziyyətin qorunması ilə İrana qarşı təzyiq və təhdid parametrlərini öz ixtiyarında saxlasın.
ABŞ dövlət katibi Con Kerri də elə bu xətti izləməkdədir.
O əsassız açıqlamasında İranı regionda terrorizmi dəstəkləmək adlandırdığı məsələdə suçlayıb.
Bu açıqlamalar İranofobiya ilə bağlı puç siyasətin davamı olduğunu göstərir. Belə ki, İranın sülhməramlı nüvə proqramı ilə bağlı qorxu yaratmaq, İranı terrorizmi dəstəkləməkdə suçlamaq və İranın müdafiə qüdrətini təhdid kimi göstərməkdir.
Daha çox Amerikanın daxili üçün xarakter daşıyan bu siyasət istiqamətində Amerika rəsmiləri çalışırlar ki, İranın nüvə proqramını ciddi bir təhdid səviyyəsində irəli sürsünlər. Amerika rəsmiləri onların səyi ilə regionu ciddi təhlükədən xilas etmək fərziyyəsi ilə İranın nüvə proqramının məhdudlaşdırılmasında anlaşmaya çatmağı Amerikanın xarici siyasətinin uğuru kimi qələmə verməyə çalışırlar.
Halbuki İranın təhdid olması iddiasının elə əvvəldən heç bir dəyəri yoxdur və İranın nüvə proqramı keçmişdə heç vaxt təhdid olmayıb və gələcəkdə də olmayacaqdır.
Müdafiə qüdrəti barəsində də İran dəfələrlə elan edib ki, İranın müdafiə və raket qüdrəti yalnız önləyici məqsədlər üçündür və İran təhdidlər qarşısında öz müdafiə hazırlığını qoruduğunu həmişə vurğulamışdır.
İranın müdafiə doktrinasında kütləvi qırğın silahları, o cümlədən atom silahının heç bir yeri yoxdur və atom silahının haram olmasına dair İslam İnqilabının Böyük Rəhbərinin fitvası bu məsələdə ən yüksək əxlaqi, insani və dini zəmanətdir. Bu da İranın atom silahı barədəki açıq-aşkar mövqeyini bəyan edir və BMT-də rəsmi sənəd olaraq qeydə alınmışdır.
Halbuki ABŞ elə bir halda İranın sülhməramlı nüvə proqramı barədə nigaranlığı yaradır ki, özü Nüvə Silahlarının Yayılmamasına dair Sazişi açıq-aşkar şəkildə pozaraq atom silahlarını genişləndirməkdə və bu qeyri-normal silahların yeni nəslini istehsal etməkdədir.
Halbuki Nüvə Silahlarının Yayılmamasına dair Sazişin müddəalarına əsasən bu silaha malik olanlar onun məhv edilməsi istiqamətində addım atmalıdırlar. ABŞ bu istiqamətdə heç bir addım atmayıb, üstəlik Yaxın Şərqdə yeganə nüvə təhlükəsi olan İsrail rejiminin atom cəbbəxanalarını genişləndirməsinə kömək edib.

Teqlər