Rəvançi: İran Avropalı şəriklərini seçir
https://azeri.sahartv.ir/news/İran-i197670-rəvançi_İran_avropalı_şəriklərini_seçir
İran İslam Respublikası xarici işlər nazirinin Avropa və Afrika məsələləri üzrə müavini deyib: Sanksiyaların ləğv edilməsindən sonra Avropalı iqtisadi şəriklərini İran özü seçəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 16, 2015 17:12 Asia/Baku
  • 
Rəvançi: İran Avropalı şəriklərini seçir
    Rəvançi: İran Avropalı şəriklərini seçir

İran İslam Respublikası xarici işlər nazirinin Avropa və Afrika məsələləri üzrə müavini deyib: Sanksiyaların ləğv edilməsindən sonra Avropalı iqtisadi şəriklərini İran özü seçəcək.

Məcid Təxt Rəvançi bu gün çərşənbə Almaniyaya olan iki günlük səfərinin sonunda və bu ölkə rəsmiləri ilə görüşlərinin ardınca deyib: İran və Almaniya sanksiyaların ləğvindən sonrakı dövrdə müxtəlif sənaye sahələrində yaxşı əməkdaşlığa malik ola bilərlər.
Təxt Rəvançi İRİB ilə müsahibədə İran və Almaniyanın iqtisadi baxımdan bir-birini təkmilləşdirən ölkələr adlandırıb və deyib: iqtisadi məsələlər barəsində yaxşı müzakirələrimiz oldu və Almaniya şirkətləri sanksiyaların ləğv edilməsindən sonra müxtəlif sahələrdə İranla əməkdaşlığa hazırdırlar.
O, həmçinin deyib: Avropa şirkətləri İran şirkətləri ilə əməkdaşlığa böyük maraq göstərirlər və İran öz maraqlarına uyğun formada bu mövzunu araşdırmaqla məşğuldur.