Okt 21, 2015 17:12 Asia/Baku
  • Avropa İran ilə birgə iqtisadi fəaliyyətlərin tərəfdarıdır
    Avropa İran ilə birgə iqtisadi fəaliyyətlərin tərəfdarıdır

İranın özəl sektorunu təmsil edən nümayəndə heyətinin xarici ölkə səfirliklərinin 26 rəsmisi ilə görüşdə sanksiaların ləğv edilməsindən sonrakı dövrdə İran ilə Avropa arasında əməkdaşlıqların genişləndirilməsinə təkid edilib.

İRİB-nin məlumatına görə, İranın özəl sektorunu təmsil edən nümayəndə heyəti 9 Avropa ölkəsinin səfirləri, ticarət attaşeləri və səfirliklərin birinci katibləri ilə görüşüblər. Bu görüş, nüvə anlaşmasının icraya qoyulması və sanksiyaların ləğv edilməsi prosesinin son və ən önəmli mərhələsi ilə bir vaxta təsadüf edir. Belə ki, artıq nüvə anlaşmasının icra mərhələsinə çatması ilə İran və digər ölkələr xüsusilə də Avropa ölkələri arasında iqtisadi əlaqələrin genişləndirilməsində maraqlı olan tacirlər və iş adamları da aktivləşiblər.

Səmimi və dostluq atmosferində baş tutan bu görüşdə tərəflər mövcud vəziyyəti və əməkdaşlıq sahələri ilə bağlı baxışlarını şərh edərək, İran və Avropa münasibətlərinin sanksiyaların ləğv edilməsindən sonrakı dövrdə yeni formada gündəmə gələ biləcəyindən danışıblar. Bu görüşdə iranlı iş adamları yeni dövrdə əməkdaşlıqların daha çox sənaye və texnologiya və biliyin İrana nəql edilməsi yönündə olacağına təkid ediblər. Bunun müqabilində Avropa şirkətləri İran bazarlarına daha asan çıxış imkanı əldə etmiş olacaqlar.

Bu iclasda 9 Avropa ölkəsinin səfirləri də Avropa şirkətlərinin İran iqtisadiyyatında aktiv iştiraka malik olmaq istəyindən xəbər veriblər.

Teqlər