İran və Finlandiya səhiyyə həmkarlıqlarının genişlənməsini vurğulayıblar
-
İran və Finlandiya səhiyyə həmkarlıqlarının genişlənməsini vurğulayıblar
İranın səhiyyə naziri və Finlandiyanın inkişaf və xarici ticarət naziri səhiyyə həmkarlıqlarının genişlənməsini vurğulayıblar.
IRIB-nin məlumatına görə, İranın səhiyyə naziri Həsən Qazizadə Haşimi Finlandiyanın inkişaf və xarici ticarət naziri Lenita Toyvaka ilə görüşdə deyib ki, İran təcrübələr mübadiləsi, elmi-tədqiqat və tibbi təchizatlar sahəsində Finlandiya ilə həmkarlığa hazırdır.
Qazizadə Haşimi deyib ki, dərman sahəsində də iki ölkənin özəl sektorlarının qarşılıqlı həmkarlıqları regionun 400 milyonluq əhalisinə kömək edə bilər.
İranın səhiyyə naziri Finlandiyanın ağız və diş xəstəlikləri ilə mübarizə üzrə proqramını yaxşı adlandırıb və deyib ki, bu proqram dünyada misilsizdir və İran ümid edir ki, bu sahədə Finlandiyanın təcrübəsindən istifadə edə biləcək.
Qazizadə Haşimi həmçinin iki ölkə arasında dərman və tibbi təcrübələrin ötürülməsi və baxış keçirmə üçün birgə qrupun yaradılmasını zəruri adlandırıb.
Finlandiyanın bu ölkənin inkişaf və xarici ticarət nazirinin başçılığı altında olan yüz nəfərlik heyəti iranlı rəsmilərlə məşvərət üçün dünən Tehrana səfər edib.