Ruhani: Tənqidin cavabı başkəsmək olmamalıdır
-
Ruhani: Tənqidin cavabı başkəsmək olmamalıdır
İran İslam Respublikası prezidenti deyib: Ərəbistan dövləti ölkədəki dini bir liderin başını kəsməsini ört-basdır etmək üçün, qeyri-adi bir hərəkətə yol verib və İran ilə siyasi əlaqələrini kəsib. Halbuki, bu kimi addımlar ilə o böyüklükdə cinayəti ört-basdır etmək olmaz.
Həsən Ruhani Tehranda Danimarka xarici işlər naziri ilə görüşdə deyib: Tənqidin cavabı baş kəsmək olmamalıdır. Və ümidvaram daim insan haqları məsələsinə reaksiya verən Avropa ölkələri bu sahədə üzərlərinə düşən vəzifəyə əməl etmiş olsunlar.
İran prezidenti İran İslam Respublikasının qonşu ölkələr ilə əlaqələrin yaxşılaşdırılmasına xüsusi önəm verdiyini vurğulayıb və deyib: Təbiidir ki, anti-İslam və anti-humanist cinayətlər ümumi fikrin reaksiyasına səbəb olar.
Danimarkanın xarici işlər naziri Kristian Yensen də bu görüşdə ölkəsinin İran ilə əlaqələrə xüsusi önəm verdiyini bildirib və deyib: Kopenhagen İran hökumətinin yeni iqtisadi proqramlarını müsbət qarşılayır.
Yensen əlavə edib: Yaxşı terrorizm yoxdur. İslam terrorizmə bərabər deyil. Və onun tam əleyhinədir. Amma, təəssüflər olsun ki, bir qrup İslam adından sui-istifadə edərək, terror aktları törədir. Şübhəsiz bu insanlar yolunu azmış insanlardırlar və biz bu məsələyə təkid edirik.