İyul 05, 2016 10:57 Asia/Baku
  • İran kinosunun tanınmış rejissoru, Kiya-Rostəmi vəfat edib
    İran kinosunun tanınmış rejissoru, Kiya-Rostəmi vəfat edib

İran kinosunun tanınmış rejissoru, Abbas Kiya-Rostəmi xəstəlik nəticəsində 76 yaşında vəfat edib.

IRNA-nın məlumatına görə, xəstəliyi ilə bağlı müalicə kursu keçmək üçün Fransaya getmiş Abbas Kiya-Rostəmi dünən axşam xəstəliyinin şiddətlənməsi nəticəsində Parisdə dünyasını dəyişib.

Ssenarist, quruluşçu rejissor, rejissor, bədii rejssor, beynəlxalq fotoqraf və montajçı olan Kiya-Rostəmi 1940-cı ilə Tehranda dünyaya gəlib.

Kiya-Rostəmi "Gilasın dadı" filmi ilə 1997-ci ildə Kann film festivalının "Qızıl Palma" mükafatını almışdı.

"Gilasın dadı" və "Dost evi hardadır?" filmləri bu iranlı rejissorun məşhur əsərlərindəndir.