İyul 11, 2016 15:49 Asia/Baku
  • 9-cu burs, bank və sığorta sərgisi
    9-cu burs, bank və sığorta sərgisi

Burs, bank və sığorta maliyyə bazarının və maliyyə sisteminin 3 əsas dayağı hesab olunur və yararlı bir maliyyə sistemi olmadan iqtisadi inkişafa nail olmaq mümkün deyil.

Tehranda işə başlayan 9-cu burs, bank və sığorta sərgisi ilk dəfə olaraq beynəlxalq sərgi kimi keçirilir. Amma, sanksiyaların ləğv edilməsindən sonrakı dövrdə bank, burs və sığortanın əhəmiyyəti barədə daha çox önəm kəsb edən məsələ İranın digər inkişaf etmiş ölkələri ilə iqtisadiyyat, ticarət və bank sahəsində malik olduğu əməkdaşlığın həcmidir. Bu sərgidə 340 yerli şirkət ilə yanaşı 10 xarici şirkət də iştirak edir. Yunanıstan, Xorvatiya, Tayvan, Çin, Rusiya, İsveç, Almaniya və İtaliyadan olan bu şirkətlər bank, sığorta və burs sahəsində əldə etdikləri nailiyyətləri nümayiş etdirirlər. Bu şirkətlər İran ilə malik olduqları əməkdaşlıqdan razılıq edib və bunun çox aydın perspektivə malik olduğunu bildirirlər.

Bunlardan biri Rusiyadır. İran son zamanlar bu ölkə ilə bir çox əməkdaşlıq müqaviləsi imzalayıb.

Rusiyanın Asiyada beynəlxalq məsələlər üzrə məsul şəxsi Mariya deyir: "Temn Bank" Rusiyanın qədim banklarından biridir və 4 ildən çoxdur ki, İran ilə əməkdaşlıq edir. Və son ildə bu sahədə böyük uğurlar əldə edib. Bu bank İran və Rusiya arasında pul mübadiləsi həyata keçirən yeganə bankdır. Və yaxın gələcəkdə Rusiya İranda nümayəndəlik açmaq istəyir.

İtaliya nümayəndəsi olan Filiberto Salvini isə deyir: Həmişə İrana səfər etmək arzusunda olmuşam. Sanksiyaların ləğv olması ilə bu fürsət yaranmış oldu. Bütün məntəqədə investisiya qoymaq istəyirəm. Amma, İran məntəqə ölkələri arasında ən yaxşı və zəngin ölkədir.

Amma, bu sərgidə yerli şirkətləri də unutmaq olmazdı. Bu banklar İslam bank sistemi ilə çalışırlar.

Belə bir banklardan birinin müdiri ilə həmsöhbət olduq: İranda İslam bank sistemi icra edilir. İran bir islam ölkəsidir. 1984-cü ildə Pul və Vəsait Şurası "İslam Bank Sistemi"ni qəbul etdi. Amma, yenə də bu sahədə görüləsi çox işlər var.