İyul 13, 2016 09:24 Asia/Baku
  • İbrahim Rəhimpur
    İbrahim Rəhimpur

İran xarici işlər nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini Xəzər dənizinin hüquqi statusu ilə əlaqədar müzakirələrdə ixtilaflı məslələrin 7 hal olduğunu bildirib.

İbrahim Rəhimpur İRİB müxbirinə müsahibədə Qazaxıstan paytaxtı Astanada Xəzəryanı 5 ölkənin xüsusi nümayəndələrinin müzakirələriin nəticələrini bəyan edərək deyib: Bu iclas ötən 20 ildə Xəzər dənizi qonşularının xüsusi nümayəndələrinin 46-cı iclasıdır və bazar ertəsi günü başlandı və çərşənbə axşamı günü də davam etdi.

O əlavə edib: İran və sabiq SSRİ arasında 1921 və 1940-cı illərdə iki hüquqi mətn vardır. Bu ölkənin dağılması ilə öz işləyini tamamilə itirdi. Buna görə, məsələnin bir hissəsi SSRİ-dən ayrılan ölkələrlə əlaqəli idi.

Rəhimpur Xəzər üçün yeni qanuniliyin tənzimlənməli olduğunu qeyd edərək bildirib: Ötən iki gün ərzində mətnin üzərində işlədik və hələlik 7 məsələ qalıb və həll olunmayıb. Bir sıra digər məsələlər də vardır ki, əsaslı deyil, texniki maneədir.

İran xarici işlər nazirinin müavini Xəzər konvensiyası ilə əlaqədar müzakirələrin irəliləyişə malik olduğunu və bu sənədin bir çox bəndlərinin yekunlaşdığını bildirib.

5 sahilyanı ölkənin xarici işlər nazirinin iclasının hər bir ildə və ya bir il yarımda bir dəfə keçirildiyinə toxunan Rəhimpurun sözlərinə görə, bir müddət öncə proqnoz edildi ki, növbəti sammitin Qazaxıstanda keçirilməsini nəzərə alaraq xüsusi nümayəndələrin iclasının kənarında nazirlərin də növbəti iclası keçirilsin.

Rəhimpur deyib: Bu çərçivədə cənab Zərif və 4 həmkarı Astanada xüsusi müzakirələr keçirildi və danışıqlar aparıldı.

O əlavə edib: Çərşənbə axşamı günü iki iclasda qalan önəmli məsələlərin bir hissəsi aydınlaşdı və bəzi hissələri də həll olunmağa yaxınlaşdı. Bu baxımdan fikir mübadiləsi qeyri-rəsmi idi.

İran xarici işlər nazirinin müavini deyib: Bəzən təsəvvür olunur ki, İran bir tərəfdə və Xəzərin 4 qonşu ölkəsi digər tərəfdədir. Halbuki əsla belə deyildir və 5 ölkənin fərqli tələbləri vardır.

Rəhimpurun sözlərinə görə, konvensiya da təkcə dənizin bölünməsi və üzvlərin payı ilə məhdudlaşmır və gəmiçilik, balıqçılıq, ətraf mühit, qaçaqçılıqla mübarizə, təhlükəsizlik məsələləri, müəyyən qədər hərbi məsələlər üzrə beş ölkə arasında yaxşı müqavilələr imzalanıb və təkcə dənizin dibi, qaz və neft yataqları irəli sürülmür.

Nazir müavini deyib: Biz 4 islam ölkəsi və dost Rusiya olaraq çox rahatlıqla müzakirələr aparırıq. Müzakirələr bölgədə və üzvlərin fikri yetkinliyi ilə aparılır və 5+1 qrupunun müzakirələri ilə fərqlidir və səhnədə çox yaxşı prosesin şahidiyik.

İran xarici işlər nazirinin müavini Xəzəryanı 5 ölkənin müzakirələrinin uduş-uduş strategiyasına əsaslandığını bildirərək deyib: Dənizlər qanunlarının hamısı özünəməxsus Xəzər gölü üçün yetərli deyildir və hüquqi status barədə anlaşma kollektiv və ədalətə əsasən olmalıdır.

Rəhimpur həmçinin dövlət başçılarının zirvə toplantısının keçirilməsinin zamanı barəsində deyib: Zirvə toplantısının 2016-cı ildə Həştərxanda keçirilməsi nəzərdə tutulsa da, bu sammit 2017-ci ildə keçiriləcək.

Rəhimpur sonda deyib: Həştərxanda dövlət başçılarının iclasında 3 və ya 4 anlaşma imzalandı. Bu gecəki iclasda da razılaşmalar barəsində söhbət olundu. Hal-hazırda iş bölgüsündəyik və dövlət başçılarının növbəti zirvə toplantısı üçün hansı anlaşmaları hazırlaya biləcəyimizi müəyyənləşdiririk.

Teqlər