Əmir Abdullahian: ABŞ-ın Suriyaya hücumu beynəlxalq hüquq normalarına ziddir
İran İslam Şurası Məclisi sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi deyib: ABŞ-ın Suriyaya hücumu beynəlxalq hüquq normalarına ziddir.
ABŞ ordusu Suriya ordusunun İdlib vilayətində Xan Şeyxun bölgəsində kimyəvi silahdan istifadə etməyə dair saxta bəhanə ilə ötən cümə gecə Homs vilayətində yerləşən əl-Şəirat hərbi hava bazasını raketlə atəşə tutub.
İRNA-nın məlumatına görə, İslam Şurası Məclisi sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi Hüseyn Əmir Abdullahian İsveçrənin Tehrandakı səfiri və ABŞ-ın İrandakı mənafeyini qoruyan Culio Hazl görüşdə ABŞ-ın Suriyaya hücumunu qınayıb: Suriyaya hərbi hücum regionda de-stabilliyi gücləndirməklə yanaşı İŞİD və digər terrorçuların ruhlanmasına səbəb oldu. Və bu hərəkət ABŞ prezidenti Donald Trampın şüarlarına ziddir.