Avq 09, 2017 16:59 Asia/Baku
  • Zərif: Qonşularla əlaqələr və iqtisadiyyat İranın xarici siyasətinin mühüm prioritetləridir

İranın xarici işlər naziri deyib: Qonşu ölkələrlə əlaqə və iqtisadi sahədə xarici əlaqələrin izlənilməsi İranın gələcək dövlətinin xarici siyasətinin mühüm prioritetlərindəndir.

İranın xarici işlər naziri və İran prezidentinin gələcək dövlətdə bu vəzifə üçün namizəd irəli sürdüyü Məhəmməd Cavad Zərif bu gün müxbirlər qarşısında özünün bu nazirlik üçün nəzərdə tutduğu gələcək proqramları haqda belə əlavə edib: İran nüvə anlaşmasını qorumaqla bərabər, bu anlaşmanın nailləyyətlərindən bəhrələnmənin azalmasına mane olmalıdır.

O, avqustun beşində keçirilmiş İranda 12-ci prezident inauqurasıyası mərasimini İslam Respublikasının qüdrətinin nişanəsi adlandırıb və bildirib ki, Amerika, Avropa, Afrika və Asiya qitələrindən nəzərəçarpacaq sayda nümayəndənin Tehranda iştirakı göstərdi ki, onlar İranın iştirakına ehtiyaclıdırlar.

İranın xarici işlər naziri həmçinin deyib: İran Xarici İşlər Nazirliyinin müqavimət iqtisadiyyatı və iqtisadi diplomatiyanın fəallaşdırılması üzrə iqtisadi proqramları izlənilir.

İran İslam Respublikasının prezidenti çərşənbə axşamı günü bir məktubda on ikinci dövlətin təklif olunan nazirlərini İslam Şurası Məclisinə təqdim etdi ki, Məhəmməd Cavad Zərif İranın xarici işlər naziri vəzifəsinə namizəd kimi irəli sürülübdür.

Teqlər