Avq 24, 2017 10:50 Asia/Baku
  • Məhəmməd Cavad Zərif
    Məhəmməd Cavad Zərif

İranın xarici işlər naziri Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsinə və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoruna ünvanladığı məktublarda ABŞ-ın BMT-dəki nümayəndəsinin Vyanaya səfərinə toxunaraq, Ağ Evin agentliyə təzyiqinin nüvə anlaşmasının mətni və ruhunu pozduğunu bildirib.

ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Heyli dünən İranın hərbi mərkəzlərindən baxış keçirməsi üçün agentliyə təzyiq göstərmək məqsədilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amano ilə görüşüb.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif 2017-ci il avqustun 19-da Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqeriniyə və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amanoya göndərdiyi məktublarda belə vurğulayıb: Nikki Heylinin agentliyə təzyiq göstərmək məqsədilə həyata keçən MAQATE-nin qərargahına olan səfəri nüvə anlaşmasının mətni və ruhunun pozulması deməkdir və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik bu məsələ ilə peşəkar şəkildə davranmalıdır.

İranın xarici işlər naziri əlavə edib: Vyanaya səfərdə məqsədini Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə təzyiq göstərmək adlandırmış Heyli nüvə anlaşmasına nəzarət xüsusiyyət təşkil etməklə bütövlükdə nüvə silahlarının yayılmasının qadağan olunması sistemi üçün həyati əhəmiyyət daşıyan agentliyin etibarını zəiflədir.

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranın nüvə fəaliyyətləri ilə bağlı məxfi informasiyaları üçüncü tərəfə ötürməkdən çəkinməlidir” deyən Zərif vurğulayıb: Agentlik nüvə anlaşmasının mətninə və BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə əsasən, İranın iqtisadi və texniki inkişafının qadağan olunmasından çəkinməli və icra edilməkdə olan təhlükəsizlik maddələri və fərdi hüquqlara riayət etməlidir.

İranın xarici işlər naziri nüvə anlaşmasının müştərək komissiyasının koordinatoru kimi Moqerinidən də istəyibdir ki, bu məktubu komissiyanın üzvləri arasında paylasın və Amerikanın BMT-dəki nümayəndəsi Nikki Heylinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin qərargahına olan səfəri məsələsini komissiyanın növbəti iclasının iş gündəminə daxil etsin.

 

Teqlər