Avq 27, 2017 17:25 Asia/Baku
  • İİR və 5+1 qrupunun xarici işlər nazirlərinin iclasının keçirilməsi ehtimalı var
    İİR və 5+1 qrupunun xarici işlər nazirlərinin iclasının keçirilməsi ehtimalı var

İranın Atom Enerjisi Təşkilatının sədri deyib: İranın xarici işlər naziri Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası kənarında 5+1 qrupunun xarici işlər nazirlərillə iclasın keçirilməsi haqda addım atacaq.

İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi bu gün müxbirlər qarşısında ABŞ-ın nüvə anlaşmasının icrası istiqamətindəki sədaqətsizliyinə görə, İranın xarici işlər nazirinin 5+1 qrupunun xarici işlər nazirlərillə iclasının keçirilməsi ehtimalı haqda belə söyləyib: İranın xarici işlər naziri son zamanlar MAQATE-nin baş direktoru Yukiya Amanoya və Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqeriniyə məktub yazıbdır ki, bu da İran Xarici İşlər Nazirliyinin Amerikanın hərəkətlərilə mübarizədəki fəaliyyətini göstərir.

Salehi habelə Amerikanın nüvə anlaşması çərçivəsində İranın hərbi obyektlərindən baxışın keçirilməsi üzrə iddiası haqda deyib: Amerika nəzərdə tutduğu bəhanənin yaranması üçün nüvə anlaşmasına xələl gətirmək və İranı müəyyən qərarlar çıxarmağa təhrik etmək ardıncadır.

İranın Atom Enerjisi Təşkilatının sədri vurğulayıb: İranın nüvə anlaşmasının icrası ilə bağlı təzyiqin tətbiqində Amerikanın hərəkətlərinə reaksiyası qəti şəkildə emosional reaksiya deyil və dəqiq araşdırma ilə olacaqdır.

Amerikanın BMT-dəki nümayəndəsi Nikki Heyli avqustun 23-də Vyanada Yukiya Amano ilə görüşdən sonra ABŞ-ın bundan öncəki iddialarını, o sıradan İran tərəfindən nüvə təsisatlarına əlçatmanın verilməməsini təkrar və iddia etmişdi ki, Amerika İranın, nüvə anlaşmasının qaranlıq dilindən sui-istifadə etməsinin qarşısını alır.

Teqlər