Zərif və De Mistura Suriya böhranının həllini müzakirə ediblər
https://azeri.sahartv.ir/news/İran-i280996-zərif_və_de_mistura_suriya_böhranının_həllini_müzakirə_ediblər
İran İslam Respublikası xarici işlər naziri və BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Suriya böhranının həlli yollarını müzakirə ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 28, 2017 13:30 Asia/Baku
  • Zərif və De Mistura Suriya böhranının həllini müzakirə ediblər
    Zərif və De Mistura Suriya böhranının həllini müzakirə ediblər

İran İslam Respublikası xarici işlər naziri və BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Suriya böhranının həlli yollarını müzakirə ediblər.

İRNA-nın verdiyi məlumata görə, BMT baş katibinin nümayəndəsi Stefan De Mistura bu gün həmçinin İİR XİN rəhbərinin müavini Hüseyn Cabiri Ənsari ilə də görüşüb. Görüşdə Suriya böhranının son durumu və bu böhranın danışıqlar yolu ilə həll edilməsi yolları müzakirə edilib. 

De Mistura bazar günü və Astanada keçiriləcək Suriya böhranının həlli üzrə iclasın ərəfəsində Tehrana daxil olub. 

6-cı Astana iclası Sentyabrın əvvəllərində keçiriləcək. 

BMT baş katibinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Avqustun 1-də də Tehrana səfər edərək İran rəsmiləri ilə Suriya böhranını müzakirə etmişdi.