Sen 06, 2017 08:44 Asia/Baku
  • Zərif: İran qonşuları ilə əməkdaşlığa hazırdır

İran xarici işlər naziri deyib: İran İslam Respublikası regionda təhlükəsizlik və stabilliyi gerçəkləşdirmək üçün bütün qonşuları ilə əməkdaşlığa hazırdır.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Livanın əl-Məyadin televiziya kanalı ilə müsahibədə regionun bütün ölkələrinin terrorizm fenomeni ilə qarşılaşdığını bəyan edərək bildirib: İran dini bağlılıqlarına diqqət yetirmədən region ölkələrini dəstəkləyib. 

Dörd ərəb ölkəsinin mühasirəsi qarşısında İranın Qətəri dəstəklədiyini bildirən Zərifin sözlərinə görə, xalqlardan heç biri mühasirəyə təslim olmamalıdır. Əlbəttə İran ölkələrin daxili problemlərində müdaxilə etmir. 

İran xarici işlər naziri əlavə edib: İran İslam Respublikası islam birliyinin genişlənməsi istiqamətində ağır bədəl ödəyib və hələ də bu istiqaməti davam etdirir. 

İran xarici işlər naziri həmçinin Myanma müsəlmanlarının acınacaqlı vəziyyətinə də toxunub və Myanmada ruhingiyalı müsəlmanlar haqda Türkiyə və İndoneziya xarici işlər nazirləri ilə danışıqlar apardığını deyib. 

Zərif həmçinin Səudiyyə Ərəbistanı ilə əməkdaşlığın mümkünlüyü haqda deyib: İran həmişə bütün islam ölkələri, o cümlədən Ərəbistanla əməkdaşlığa hazırdır. 

İran xarici işlər naziri Yəmənə əleyhinə hazırkı müharibəni məntiqsiz hərəkət adlandırıb: Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Yəmən müharibəsində iştirak edən digər ölkələr heç bir məqsədlərinə çatmamışlar. 

İran xarici işlər naziri Fələstin məsələsini islam ümmətinin qarşısında duran ən böyük problem adlandırıb və deyib: Bütün islam ölkələri Fələstin məsələsi ətrafında birləşməlidir. 

Teqlər