Okt 06, 2017 17:10 Asia/Baku
  • Zərif İraqın milli birliyi və ərazi bütövlüyünü vurğulayıb

İranın xarici işlər naziri bir daha İraqın milli birliyi və ərazi bütövlüyünü vurğulayıb.

IRIB xəbər agentliyinin məlumatına görə, Məhəmməd Cavad Zərif bu gün İraqın Süleymaniyyə şəhərində bu ölkənin keçmiş prezidenti Cəlal Talibaninin dəfn mərasiminin kənarında belə əlavə edib: İran İslam Respublikası İraq xalqının, o sıradan bu ölkə kürdlərinin həmişəlik dostudur və bəzi şəxslərin strateji səhvlərini kürd əhalisinin hesabına yazmır.

Zərif ümidvarlıq edib ki, İraq Kürdüstanı məntəqəsində hamı İraqın birliyi və ərazi bütövlüyünün simvolu olan Cəlal Talibaninin yoluna geri dönəcək.

İranın xarici işlər naziri həmçinin deyib: Cəlal Talibani İranın dostu, Səddam diktaturasına qarşı yorulmaz bir mübariz idi; o, daim İraqın birliyi və ərazi bütövlüyü yolunda mübarizə aparırdı.

İranın xarici işlər naziri bu gün İraqın Süleymaniyyə şəhərində bu ölkənin keçmiş prezidenti Cəlal Talibaninin dəfn mərasimində iştirak edib.

Cəlal Talibani uzun illər xəstəlikdən əziyyət çəkdikdən sonra çərşənbə axşamı günü 84 yaşında Almaniyada vəfat edibdir.

Teqlər