Okt 08, 2017 16:57 Asia/Baku
  • Zərif: İran Amerikaya münasib cavab verəcək
    Zərif: İran Amerikaya münasib cavab verəcək

İranın xarici işlər naziri deyib: İran İslam Respublikası özünün regiondakı siyasətini başqalrının ritorikalarından müstəqil şəkildə izləyir.

Məhəmməd Cavad Zərif bu gün Tehranda müxbirlər qarşısında əlavə edib: Amerika prezidenti Donald Trampın İran və nüvə anlaşması barədəki strateji siyasətini elan etməsindən sonra İran İslam Respublikası münasib vaxtda onu cavablandıracaqdır.

"Yaxın Şərq regionu uzun müddətdir, Amerikanın yanlış siyasətlərindən əziyyət çəkir" deyən İranın xarici işlər naziri söyləyib: İran regionda təkfirçi terrorçularla mübarizə və sabitlik amili olub və öz siyasətini bu çərçivədə davam etdirəcək.

Zərif belə qeyd edib: Amerika və onun müttəfiqləri Yaxın Şərq regionu ölkələrinə daha çox silah satmaq ardıncadırlar və bu istiqamətdə bəzi siyasətlər yürüdüblər.

Teqlər